Bosniya və Herseqovina yeni miqrant axınına hazır deyil

Bosniya və Herseqovina yeni miqrant axınına hazır deyil

12 Noyabr 2019 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bosniya və Herseqovinada miqrasiya böhranı pik həddə çatıb və böhran bu il həllini tapmayacaq.

Oxumeni.az xəbər verir ki, bu sözləri yerli informasiya agentliyinə müsahibəsində Serbiyanın Daxili İşlər naziri Draqan Lukaç deyib.

Nazir böhranın dərinləşəcəyindən narahatlığını da ifadə edib. “Əgər Türkiyə sərhədi açıb dörd milyona yaxın miqrantı Avropaya buraxarsa, tək yol Bosniyadan keçəcək. Bu qədər insan ölkədə yerli əhalinin ciddi narazılığına səbəb olacaq. İndiyədək qanunsuz yollarla Serbiyaya girən miqrantların sayı tam məlum deyil.

Qeyd edək ki, Sloveniya, Xorvatiya, Serbiya və Makedoniyanın sərhədlərini miqrantlar üçün bağlamasından sonra Bosniya və Herseqovinada yaranan vəziyyət daha da pisləşib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)