Patriarx Kirill Bakıya gələcək
Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Bakıya səfər edəcək.
Oxumeni.az xəbər verir ki, səfər noyabrın 14-də baş tutacaq.
Patriarx Kirillin səfərinin məqsədi Bakıda keçiriləcək Dünya Dini liderlərinin Sammitinin açılışında iştirakıdır.
Moskvanın və bütün Rusiyanın Patriarxının mətbuat xidmətindən bildirilib: “Noyabrın 14-də müqəddəs Patriarx Kirill Bakıya səfər edəcək və burada Dini Liderlərin II Bakı Sammitinin açılışında iştirak edəcək”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər