Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

19 Noyabr 2019 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir.

Oxumeni.az-ın məlumatına görə, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.

"Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - deyə qeyd edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)