“İlin ən aktiv millət vəkili” sorğusu keçirilir

“İlin ən aktiv millət vəkili” sorğusu keçirilir

19 Noyabr 2019 17:11
Bəyəndim (1) Bəyənmədim (0)

2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə növbəti virtual sorğusunu keçirir.

Oxumeni.az-ın verdiyi xəbərə görə, bu dəfə təşkilatçılar ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənməyə çalışır.

18 noyabr-30 noyabr 2019-cu il müddətini əhatə edəcək virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, "İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ”ni seçəcəklər.

Səsvermənin hazırki nəticələrinə görə, ilk üçlükdə millət vəkilləri Rövnəq Abdullayev (22% və ya 1559 səs), Cavid Qurbanov (20% və ya 1447 səs) və Cavanşir Feyziyev (16% a 1106 səs) yer alır.

Hazırda səsvermə davam edir.

Qeyd edək ki, Milli Məclisin üzvlərinin sayının çoxluğunu və onların arasında yalnız bir nəfərin ən aktiv deputat olaraq seçilməsinin obyektiv olmayacağını nəzərə alaraq, Sorğu Komitəsi ən çox səs toplayan 10 deputatın "İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ” kimi dəyərləndirilməsi haqqında qərar qəbul edib. Sorğuya daxil edilən deputatların adları dairə ardıcıllığı əsasında tərtib olunub.

Sorğunun nəticələri dekabr ayının ilk həftəsində açıqlanacaq və qalib deputatlara fəxri mükafat təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)