İtaliya polisi nasist partiyası yaratmaq istəyən şəxsləri həbs edib
İtaliya polisi nasizm, ksenofobiya və antisemitizm ideyaları əsasında partiya yaratmaq istəyən 19 nəfərin evində axtarış aparıb. Oxumeni.az CNN telekanalının saytına istinadla xəbər verir ki, polis əməliyyatı zamanı faşist Almaniyasının lideri Adolf Hitler və italyan diktator Benito Mussolinin kitabları və portretləri, nasist rəmzləri olan müxtəlif əşyalar aşkar edilərək müsadirə olunub. Axtarışdan sonra həmin şəxslər həbs edilib və barələrində istintaq aparılır.
İtaliya polis departamentinin məlumatında qeyd olunur ki, Kaltanisettanın antiterror və antimafiya üzrə müstəntiqləri özlərini “İtaliya Nasional Sosialist Fəhlə Partiyasının ekstremist sağ təmayüllü yerli silahlıları adlandıran bu qrupu iki il izləyiblər. Onların Portuqaliya və İngiltərədəki nasistlərlə əlaqələri də sübut olunub. Şübhəlilərdən biri avqustda Lissabonda keçirilən faşist konfransında çıxış edib.
Polisin bəyanatında qeyd olunur ki, qrupun adının açıqlanmadığı əsas üzvlərindən biri “Ndrangheta” kimi tanınan Kalabria mafiya təşkilatının rəhbərlərindən biri və Qərbi Liquria rayonunda neofaşist Forza Nuova təşkilatının təmsilçisi olub. Bundan başqa, İtaliyanın ANSA agentliyinin məlumatına görə, özünü “Hitlerin əsgəri” adlandıran 50 yaşlı qadın və “Miss Hitler” kimi tanınan 26 yaşlı qadın da şübhəlilər arasındadırlar.
İtaliyada 1952-ci ildə qəbul olunmuş Skelba qanununa görə, faşist təbliğatı aparmaq, nasist partiyası yaratmaq, hətta faşist salamı vermək və nişanlarını daşımaq cinayət hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az


































































.jpg)

.jpg)


























