Boliviyada ümumi seçkilərin ilk turu martın ortalarında keçiriləcək

Boliviyada ümumi seçkilərin ilk turu martın ortalarında keçiriləcək

30 Noyabr 2019 14:22
Bəyəndim (2) Bəyənmədim (0)

Boliviyada ümumi seçkilərin ilk turu martın ortalarında keçiriləcək, prezident seçkiləri proseduruna ayrılan vaxt isə aprelin 23-də başa çatacaq.

Oxumeni.az “Dia” nəşrinə istinadla xəbər verir ki, bu barədə Boliviya prezidenti administrasiyasının rəhbəri Herhes Hustiniano deyib. Nazirin sözlərinə görə, dekabrın 20-də seçki məhkəmələrinin bütün üzvləri seçiləcək, sonra seçki barədə qanuna əsasən, yeni prezidentin müəyyən olunması üçün 120 gün vaxt veriləcək və bu müddət aprelin 23-də başa çatır.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada baş tutan prezident seçkilərində Evo Moralesin ilk turda qələbə qazandığını elan etməsi etiraz aksiyalarına səbəb olub. Noyabrın 10-da Boliviyanın Silahlı Qüvvələri ölkədə stabilliyin qorunması üçün Moralesi postunu tərk etməyə çağırıb. Prezident ölkəni tərk edərək Meksikaya yollanıb. Bunun ardından ölkənin bütün ali rəhbərliyi də istefa verib.

Bundan sonra müxalif senator Janin Anyes prezident səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürdüyünü elan edib, Konstitusiya məhkəməsi hakimiyyətin ötürülməsi prosesinin qanuna uyğun olduğunu təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az