Moldova Bakıdakı səfirini geri çağırdı

Moldova Bakıdakı səfirini geri çağırdı

5 Dekabr 2019 11:52
Bəyəndim (1) Bəyənmədim (0)

Moldovanın hökumət üzvləri Xarici İşlər Nazirliyinin baş katibi Yevgeni Revenko tərəfindən bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

Oxumeni.az-ın “newsmd.md” portalına istinadən verdiyi xəbərə görə, qərara əsasən, Moldovanın Azərbaycan (Georgi Leuka), Portuqaliya (Dumitru Sokolan) və Estoniyadakı (İnqa İonese) səfirləri Kişinyova qayıdacaq.

Qeyd edək ki, G.Leuka və D. Sokolan dövlət katibi kimi fəaliyyət göstərmək üçün Kişinyova qayıdır. Onların namizədliyi dekabrın 4-də hökumət iclasında təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az