“WSJ”: ABŞ Yaxın Şərqə 14 min hərbçi göndərəcək

“WSJ”: ABŞ Yaxın Şərqə 14 min hərbçi göndərəcək

5 Dekabr 2019 12:46
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ administrasiyası razılıq verərsə daha 14 min amerikalı hərbçi Yaxın Şərqə göndərilə bilər.

Bu barədə yüksək vəzifəli mənbələrə istinadən nüfuzlu “Wall Street Journal” nəşri yazır.

Bildirilir, ki ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi qüvvələrin əhəmiyyətli şəkildə artırılması qərarını dekabrda verə bilər. Söhbət hərbi texnikadan, gəmilərdən və 14 min hərbçidən gedir.

Bununla da, ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti iki dəfə artırılmış olacaq.

Nəşr bu addımı İrana müqavimət göstərmək zərurəti ilə bağlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az