Çin KİV-ləri Azərbaycanda həyata keçirilən islahatlar barədə xəbərlər yayıb

Çin KİV-ləri Azərbaycanda həyata keçirilən islahatlar barədə xəbərlər yayıb

6 Dekabr 2019 09:15
Bəyəndim (1) Bəyənmədim (0)

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar, o cümlədən Milli Məclisin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi prosesini diqqətdə saxlayır.

Oxumeni.az xəbər verir ki, milli xəbər agentliyi Sinxua, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” qəzeti, Çin Beynəlxalq Radisou və digər KİV-lər Azərbaycanda parlamentin buraxılması və növbədənkənar seçkilərin elan olunması ilə bağlı gedən prosesləri, o cümlədən Milli Məclisin növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciəti, Konstitusiya Məhkəməsinin həmin qərarın Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etməsini, Prezident İlham Əliyevin Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə çin, ingilis və digər dillərdə xəbərlər yayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az