Özbəkistan parlamenti Ali Məclisinə seçkilərlə əlaqədar vaxtından əvvəl səsvermə keçirilir

Özbəkistan parlamenti Ali Məclisinə seçkilərlə əlaqədar vaxtından əvvəl səsvermə keçirilir

13 Dekabr 2019 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 22-də Özbəkistan parlamenti Ali Məclisinə keçiriləcək seçkilərə müxtəlif səbəblərdən qatıla bilməyənlər vaxtından əvvəl - dekabrın 12-dən 18-dək səs verəcəklər.

Vaxtından əvvəl səsvermə üçün 936 min bülleten hazırlanıb və əvvəldən səs vermək istəyənlər ərizə ilə məntəqə seçki komissiyalarına müraciət edə bilərlər.

Xatırladırıq ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az