Bayden üstələyir, ancaq Trampın şansı var...

Bayden üstələyir, ancaq Trampın şansı var...

13 Avqust 2020 15:53
Bəyəndim (2) Bəyənmədim (0)

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden hazırkı prezident Donald Trampı seçkilərdə 71% səslə məğlub edə bilər.

Oxuməni.az xəbər verir ki, “FiveThirtyEight” portalı məlumat yayıb.

Saytın proqnozuna görə, Trampın 2020-ci il prezident seçkilərində qalib gəlmək şansı yalnız 29%-dir.

“Bununla belə, hazırkı prezidentin hələ də rəqibini keçə bilmək şansı var. Baxmayaraq ki, Baydenin bir neçə ştatda Trampdan asanlıqla öndə olduğu göz qabağındadır. Trampın bu yarışı qazanması üçün hələ vaxtı var”, - deyə nəşr qeyd edib.

Oxuməni.az