Türkiyə kurortunda qida zəhərlənməsi şübhəsi ilə onlarla turist xəstəxanaya yerləşdirilib
Türkiyənin qərbindəki Kuşadası kurort şəhərindəki beşulduzlu oteldə qida zəhərlənməsi şübhəsi ilə təxminən 30 turist xəstəxanaya yerləşdirilib. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Turizmnews-in açıqlamasında deyilir.
Nəşr qeyd edir ki, xəstəxanaya yerləşdirilənlər ürəkbulanma, qarın ağrısı, qusma və yüksək hərarətdən şikayətləniblər. Faktla bağlı araşdırma başlanıb.
Nəşrin məlumatına görə, zərərçəkənlər Sahil Siteleri rayonundakı beşulduzlu oteldə qalırdılar. Onlarda zəhərlənmə simptomları oteldə verilən yeməkləri yedikdən sonra baş verib.
Təcili yardım briqadaları hadisə yerinə gələrək zərərçəkənləri yaxınlıqdakı tibb müəssisələrinə aparıblar. Bəzi xəstələr tibbi yardım aldıqdan sonra sərbəst buraxılıb, digərləri isə həkim nəzarəti altındadır. Hazırda Türkiyə polisi və yerli səhiyyə qurumları baş verən hadisəni araşdırırlar. Zəhərlənmə ilə bağlı günahkarların cidid şəkildə cəzalandırılacağı gözlənilir.
Əziz MUSTAFA












































































.jpg)


.jpg)
.jpg)










