Jan-Klod Van Damm Bakıda bahalı mənzillər alıb

Jan-Klod Van Damm Bakıda bahalı mənzillər alıb

2 İyul 2021 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur Hollivud ulduzu, döyüş filmlərinin qəhrəmanı Jan-Klod Van Dammın Bakıda mənzil alması barədə etibarlı mənbələrdən xəbər daxil olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bir müddət əvvəl məşhur aktyorun oğlu Kristofer Van Varenberq (Kris Van Damm) azərbaycanlı xanımla ailə həyatı qurub. Buna görə də Jan-Klod Van Dammın Bakıda yerləşən məşhur “Gumush Residence” yaşayış kompleksində oğlunun yeni ailəsi və özü üçün 2 mənzil aldığı bildirilir.

Xatırladaq ki, daha əvvəlki səfərlərində də şəhərimizi çox bəyəndiyini bildirən Hollivud ulduzu xüsusən Bakının mənzərəsini çox sevir.

Lakin nəzərinizə çatdıraq ki, məşhur aktyorun “Gumush Residence”də mənzil alması barədə həmin kompleksin satışını həyata keçirən “PMD Group” şirkəti tərəfindən hər hansı informasiya verilməyib. /sherg.az/