Orxan Babazadə adaşı ilə klipə çəkiləcək

Orxan Babazadə adaşı ilə klipə çəkiləcək

9 Sentyabr 2013 23:40
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq Orxan Gencebayın razılığı alınıb

Azərbaycanlı müğənni Orxan Babazadə şou-biznesdə yenilik etmək qərarına gəlib. O, nə Röya Ayxan kimi fransız aktyoru, nə Aygün Kazımova kimi Hollivud ulduzu ilə klipə çəkilmir. Orxan adaşı Orxan Gencebayla klipə çəkilməyə hazırlaşır. Belə ki, Türkiyənin incəsənət aləminin "babası" (yəni atası) hesab edilən Orxan Gencebayın "Şimdi aşk zamanı" mahnısını lentə yazdıran bizim Orxan elə bu bəstəyə qonşu ölkədəcə klip çəkdirəcək. "Söz verdiyim kimi Orxan Gencebayın "Şimdi aşk zamanı" bəstəsini artıq ifa etdim. İndi ona klip çəkdirmək zamanıdır. Özü ilə telefonla əlaqə saxladım. Yaxın günlərdə klip çəkilişləri və onunla yenidən görüşmək üçün İstanbula yollanıram", - deyən O.Babazadə Batumi, Alanya, Bodrum, Kapadokya kimi şəhərlərdə istirahət etdikdən sonra yeni mövsümdə yaradıcılıqla məşğul olmağa tam hazır vəziyyətdədir.

Şəlalə Nəriman