Ramal İsrafilov konsert verməyə hazırlaşır
"Yaşıl Teatr"da konsert verənlərin siyahısına Ramal İsrafilov da qoşuldu. Noyabr ayının 1-də o, sayılıb-seçilən mahnıları ilə tamaşaçılarını feyziyab etməyə hazırlaşır.
Əlavə edək ki, konsertin təşkilatçısı Ramalın prodüsseri Elçin Qənbərovdur. "Konsertlə bağlı bir çox yeniliklər olacaq. Ramalın yeni 3-4 mahnısı olacaq. Sponsurun adını hələlik gizli saxlayırıq. Biletlərin qiyməti 40-80 manat arasıdır. Ola bilsin ki, sürpriz müğənnilər də olsun. Bu, konsert çox uğurlu olacaq!"
Şəlalə Nəriman
Digər xəbərlər
































































































