Anar Ağakişiyev Fransa səfəri haqda danışdı
Tanınmış stilist-vizajist Anar Ağakişiyev sənətində populyarlıq əldə etməsinə baxmayaraq, yerində addımlamaq fikrində deyil. O, "həm ticarət, həm ziyarət" məsəlinə riayət edərək dünyanın ən gözəl şəhəri olan Parisə yollanıb. Fransanın modanın mərkəzi olduğunu ümdə tutan Anar yeniliklər əldə etməyi qarşısına məqsəd qoyub. "Hər bir insan sənətini sevməlidir. Hər zaman da yeniliklər etməyi bacarmalıdır. Mən peşəmdə daima yeniliklər etməyi sevmişəm. Bura da həm gəzmək, həm də sənətim haqda yeniliklər əldə etmək məqsədilə gəlmişəm", - deyə Mediainfo.az-a açıqlama verən Ağakişiyev Parisdə çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə də dostları ilə paylaşmağı unutmayıb. Onu da əlavə edək ki, Anar, "Paris sevgi şəhəri olsa da, mən tənhayam" ifadəsini yazmaqla səfərinin həqiqi məqsədini bir daha isbatlayıb.
Hazırladı: Könül Aypara
































































































