Günay Musayevaya məsuliyyətli iş təklif edildi
Həmyerlimiz "Mercedes-Benz"in baş manikeni seçilib
Türkiyədə yaşayıb-yaradan həmyerlimiz Günay Musayevaya məsuliyyətli iş təklif edilib. Belə ki, model kimi fəaliyyət göstərən Günay İstanbulda keçiriləcək "Mercedes-Benz Fashion Week"də baş maniken kimi çıxış edəcək. Gözəl modelimiz Ciğdem Akının kolleksiyasını nümayiş etdirəcək.
Günay Musayeva bu barədə Mediainfo.az-a açıqlama verdi:
"Artıq məşqlərə başlamışıq. İnanıram ki, hər şey ürəyimcə olacaq. Ümumiyyətlə, bu, ilk deyil, belə təkliflər çox almışam. Daha böyük layihələr də olacaq, İnşallah. Azərbaycan qızı kimi öz işimi layiqincə yerinə yetirməklə məşğulam. Uğurlarıma sevinən hər kəsə minnətdaram".
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































