“Mətanət Əsədova öldü!”
"Mətanət Əsədova öldü. Bacımın ölümü məni öldürdü. Daha yaşamaq istəmirəm, özümə ölüm axtarıram".
Bu sözlər bacısı istintaq təcridxanasında intihar etmiş müğənni Mətanət Əsədovaya məxsusdur. Hazırda müğənni Göyçay şəhəri Əli Kərim küçəsi ünvanında yerləşən ata evində üç mərasimində iştirak edir. Mərasimdən Mediainfo.az-a məlumat verən M.Əsədova jurnalistlərdən gileyini də gizlətmədi: "Bacım haqqında ağızlarına gələni yazırlar! Həmin adamları lənətləyirəm! Allah onların bəlasını versin! Onlar mənim ölümümü istəyirlər! Arzularına çatdılar!" Sonda müğənni böyük səhnədən getdiyini açıqladı:
"Bu gün yası verəndən sonra sabah Bakıya qayıdacağam. Hər şeyi olduğu kimi sizə açıqlayacağam. İndi təkcə onu deyə bilərəm ki, böyük səhnəni birdəfəlik tərk edirəm. Bundan sonra Mətanət Əsədova oxumayacaq".
Şəlalə Nəriman
































































































