Nigar İbrahimovanın əri iki uşaq atasıdır

Nigar İbrahimovanın əri iki uşaq atasıdır

1 Noyabr 2013 02:16
Bəyəndim (0) Bəyənmədim (0)
Facebook-a naməlum SMS-lər daxil olmaqdadır...

Bir neçə saat öncə tanınmış stilist-vizajist Nigar İbrahimova Ruslan adlı şəxslə rəsmi qaydada ailə həyatı qurdu. Bu haqda geniş xəbər yayımlanan kimi Facebook sosial şəbəkəsində bəyin görünməyən məqamları açıqlanmağa başladı. Sən demə, bu, Ruslanın birinci evliliyi deyilmiş. O, dünən ikinci dəfə bəylik kürsüsündə əyləşib. Bundan başqa, Ruslanın Ayan və Nuray adlı iki qız övladı var. Yazılanlara görə, o, N.İbrahimova ilə maddi marağa görə ailə həyatı qurmağa razılıq verib.

Qeyd: Gecə saatlarında Ruslanın sabiq həyat yoldaşı Samirə adlı xanımla əlaqə saxladıq. Bizə hadisələrin əvvəldən axıradək inkişafı barədə məlumat verdi. Onunla eksklüziv müsahibəni və mətnə uyğun şəkilləri səhər saatlarına sizlərə təqdim edəcəyik.

Xəbərlə bağlı hər iki tərəfin fikrini öyrənməyə hazırıq.

Mediainfo.az