Sevda Əliqızı ağır qəzaya düşdü
Maşını sıradan tamamilə çıxıb
Etibarlı mənbədən aldığımız məlumata görə, sevimli müğənni Sevda Əliqızı ağır avtomobil qəzası keçirib. Bununla əlaqədar müğənni ilə əlaqə saxladıq: "Düz eşitmisiniz, bununla ikinci dəfədir ki, qəzaya uğrayıram. Şükür Allaha ki, mənə heç nə olmayıb. Ayın 18-də "Əhmədli" metrosunun yanında maşınımla ("Ford Kuga") dəmir bardyurun üstünə çıxdım. Yaxşı ki, sürətlə gəlmirdim, yoxsa maşın aşa bilərdi. Xoşbəxtçilikdən mənə heç nə olmadı. Yalnız maşınım əzik-əzik oldu. Heç ələ belə gəlmir... Bütün detalları yalnız xaricdə satılır, gərək sifariş verim. Bilirəm ki, bunların hamısı göz-nəzərdir. Allah qorudu məni".
Mediainfo.az
Digər xəbərlər
































































































