Röya Ayxan Gülben Ergenin verilişinə dəvət alıb
Müğənni Röya Ayxan iri addımlarla irəliləməkdədir. Bir-birinin ardınca hitlər üzə çıxaran Röya Türkiyə şou-biznesinə qatılmaqda da iddialıdır desək, yanılmarıq. Artıq qonşu ölkədə yetərincə tanınan Röya Ayxan verilişlərə dəvət almağa başlayıb. O, Türkiyənin "SHOW" telekanalında yayımlanan "Gülben" verilişində qonaq qismində çıxış etməyə dəvət alıb. Noyabr ayının 21-də popçu Gülben Ergenin təqdimatında efirdə yayımlanacaq verilişdə Röya Ayxan çıxış edəcək. "Dəvət etdilər, mən də razılaşdım. İndən belə bütün məşhur verilişlərdə görünəcəyəm. Türkiyədə işlərim hələ davam edir. Çoxlarının görə bilmədiyi layihələrə imza atmaqda davam edəcəyəm. Hələ bu, harasıdır?" – deyə Mediainfo.az-a açıqlama verən müğənni tezliklə "Beyaz Show"-ya da qatılacağını əlavə etdi.
Həmyerlimizin uğurlarına biz də sevinirik!
Hazırladı: Könül Aypara
































































































