Xuramanla Elnarə əməkdaşlığa başladı

Xuramanla Elnarə əməkdaşlığa başladı

19 Avqust 2015 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

"W trio"nun keçmiş solistləri Elnarə Xəlilova ilə Xuraman Şuşalı əməkdaşlığa başlayıb.

"Hər kəs bilir ki, el şənliklərində çox az hallarda, yaxından tanıdığım, kontingenti haqqında məlumatım olan məclislərdə çıxış edirəm. Məndən çox xahiş edirdilər ki, xına məclislərinə qatılım. Qızların, gəlinlərin, anaların, baldızların, bacıların, qayınanaların bu xahişini nəzərə alaraq qərara gəldim ki, xına mərasimlərində çıxış edim. Bu işdə Xuramanla əməkdaşlığa başladıq. Hələlik bir ay sınaq müddəti olacaq. Artıq məni xına mərasimlərində də görəcəksiniz".

Mediainfo.az