Röya Hacı Nuranı ziyarət etdi - FOTO

Röya Hacı Nuranı ziyarət etdi - FOTO

26 Avqust 2015 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, tanınmış teleaparıcı Hacı Nuran Hüseynov əziyyət çəkdiyi xərçəng xəstəliyi ilə mübarizəsini davam etdirir. Bir müddət əvvəl Azərbaycana qayıdan Nuran yenidən Almaniyaya yollanıb. Hazırda o, Düsseldorf şəhərində yerləşən Uni Klinikada müalicə olunur. Həkimlər kimyaterapiyalardan sonra Hacı Nuranın üzərində tranplantasiya əməliyyatına start verəcəklər.

Teziklə soydaşımız yenidən sağ-salamat vətəninə qayıdacaq. Ümidlərimiz, dualarımız Nuranladır!

P.S. Onu da əlavə edək ki, teleaparıcını ziyarət edənlərin sayı-hesabı yoxdur. Məşhurlar arasında Röya Ayxan da var. Konsertindən sonra Avropaya istirahətə gedən Röya ilk öncə Nuran Hüseynovun ziyarət etməyi özünə borc bilib. Müğənni bu barədə İnstaqram səhifəsində yazıb:

" Hər kəsə Almaniyadan salamlar. Bir neçə saatlıq dostuma dəyməyə gəldim. Tez sağal, Nuran, səni Azərbaycan sevir. Etdiyin yaxşılıqlar səni bu bəladan qurtarsın, İnşallah. Amin!"

"Ayyy, zarafatımızı da etdik, güldük, ağladıq və nəhayət, məni xəstəxanadan qovdular. Oynayırdım mahnı qoyub, dedilər, alooo, bura Ağdam deyil. Bir sözlə, Allah amanında, əziz dostum, sənin sevincin mənə bəsdir"

Hazırladı: Könül Aypara