Meyxanaşı Samirənin ailəsində xoş gün
Sentyabrın 22-də Bakıxanov qəsəbəsində yerləşən "Fidan" şadlıq sarayında meyxanaçı Samirənin ilk nəvəsi olan Məhəmmədin kiçik toy şənliyi keçiriəcək. Bu toy qeyri-adiliyi ilə digər el şənliklərindən fərqli olacaq. Belə ki, toyun açılışını dünya şöhrətli xanəndə Alim Qasımov edəcək. Ondan sonra açılışın davamı olaraq sevimli sənətçi, səhnəmizin primadonnası İlhamə Quliyeva çıxış edəcək. Bundan sonra isə digər sənətçilər növbə-növbə öz mahnıları ilə öz təbriklərini çatdıracaqlar. Toyun aparıcılığı isə şoumen Kamran Həsənliyə həvalə edilib.
Biz də öz növbəmizdə Samirə xanımı təbrik edir və nəvəsinin böyük toyunu görməsini arzulayırıq.
Mediainfo.az
Digər xəbərlər





































.jpg)





































.jpg)


















