Alişanın "azəri manatı"nı oğurladılar!

Alişanın "azəri manatı"nı oğurladılar!

5 Yanvar 2016 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
"Nə yaxşı ki, sənədlərimə və kartlarıma dəyməyiblər”

Mediainfo.az xəbər verir ki, yaxın dostu Çağla Şikelin ad günü partisindən qayıdan müğənni Alişanın pulqabısı oğurlanıb. Müğənni yalnız evə çatdıqda bunun fərqinə varıb.

Xoşbəxtlikdən ertəsi gün Alişanın pulqabısı yaşadığı ünvanın həyətinə atılıb. Lakin içərisində olan 400 ABŞ dolları, 50 azəri manatı və 20 poundu olmayıb:

"Pullarımı oğurlayıblar, halal edirəm. Nə yaxşı ki, sənədlərimə və kartlarıma dəyməyiblər"

Günel Həbib