Çağatay Ulusoy Bakı qızlarını bir-birinə vurdu - VİDEO
Dünən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Delibal" filminin qala-gecəsi oldu. Qala-gecədə filmin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri də iştirak etdilər. Jurnalistlərin suallarını cavablandırdılar.
Böyük izdihamla qarşılanan yaraşıqlı aktyor Çağatay Ulusoy mümkün qədər pərəstişkarları ilə şəkiər çəkdirdi.
Romantik dram janrında çəkilən film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universitetı dərəcə ilə bitirib Amerikada təhsilini davam etmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidi, o nağıl pozulmayana qədər....
Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə rollara həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.
Könül























.jpg)





































.jpg)































