Penitensiar Xidmətin vəzifəli şəxsi dünya ulduzlarını qızının toyuna gətirəcək

Penitensiar Xidmətin vəzifəli şəxsi dünya ulduzlarını qızının toyuna gətirəcək

22 Sentyabr 2016 11:02
Bəyəndim (0) Bəyənmədim (0)
Sentyabrın 30-da Bakıya ulduz axını olacaq

Bakıda səs-küyə səbəb olacaq toy mərasimi keçiriləcək. Toy sentyabrın 30-u Bakının məşhur saraylarından birində baş tutacaq.

Toyun səbəbkarları Mehman bəy və Nazilə xanımdır. Məclisə dünya ulduzları da təşrif buyuracaq. Belə ki, gecəyə fransalı müğənni İngrid, ukraynalı ulduzlar Anna və Maria, türkiyəli məşhurlar Ferhat Göçer, Bengü, Mustafa Ceceli, Azərbaycandan Röya Ayxan, Tünzalə Ağayeva, Günel Zeynalova və Tunar dəvət olunub.

Qeyd edək ki, səbəbkar xanımın Penitensiar Xidmətdə yüksək vəzifəli şəxsin qızı olduğu bildirilir. (qafqazinfo)

Mediainfo.az