Aygün Kazımova “Hollywood” şadlıq sarayını fırıldaqçılıqda ittiham etdi
Yeni il şənlikləri yaxınlaşdıqca istirahət məkanları bayram tədbiri ilə bağlı reklam çarxları nümayiş etdirirlər. Kanallarda nümayiş etdirlən reklamlarda tanınmış müğənnilərin iştirak edəcəyi barədə məlumatlar yer alır. Mediainfo.az xəbər verir ki, şərurlu İsfəndiyara aid "Hollywood" şadlıq sarayı da istisna deyil. Bu məkanın bayram şənliyi ilə bağlı nümayiş etdirdiyi reklamlarda xalq artisti Aygün Kazımovanın da adı hallanır. Guya həmin məkanın təşkil edəcəyi bayram tədbirində o da çıxış edəcək.
Xalq artisti bu günlərdə reklamda yer alan xəbərə qəti etirazını bildirib. Müğənninin İnstaqram səhifəsində paylaşılan şəkildə açıq-aydın görünür ki, onun adından spikulyasiya edilib. Xalq artisti də bu məsələyə hiddətini bildirmək məcburiyyətində qalıb:
"Bir neçə gündür ki, "Hollivud" restoranının efirə gedən reklamlarında mənim də adım hallanır. Buradan bir daha qeyd edirəm ki, 31 dekabr günü mən "Hollivud"da olmayacam, səhnəyə çıxmayacam. Bu restoranı işlədənlər sizə və mənə qarşı oyun oynayırlar. Onlar məndən istifadə etdilər, heç olmasa siz aldanmayın".
Mediainfo.az













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















