Rəqsanə Moskvada restoran açır

Rəqsanə Moskvada restoran açır

2 May 2017 10:26
Bəyəndim (0) Bəyənmədim (0)
"Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini dəvət edəcəyəm"

Sənətində uzun aylardır fasilə yaradan müğənni Rəqsanə sükutu pozmağa hazırlaşır.

Mediainfo.az-a xəbər verir ki, o, kliplərini, yeni albomunu və konsert proqramını təqdim etməyə hazırlaşır. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək.

"Bir müddətdir Moskvadayam, ailəmlə burda yaşayırıq. Burada restoran açırıq. Bir müddət onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri hələki uzandığından, açılışı sentyabr ayına qədər yubadırıq. Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm. Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir. Sənət adamı olduğum üçün mənə onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı, gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm".

Şəlalə Nəriman