Maral Tahirqızının kassasiya şikayətinə baxılacaq

Maral Tahirqızının kassasiya şikayətinə baxılacaq

16 May 2017 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan müğənni Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı müəyyənləşib. Şikayətə Ali Məhkəmədə iyunun 7-də hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı 2014-cü ildə saxlanılıb, Cinayət Məcəlləsinin 244.2.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunub.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. Hökmdən narazı qalan M. Tahirqızı apellyasiya şikayəti verərək bəraət istəyib. Lakin şikayət təmin edilməyib. O, kassasiya şikayəti verib.

Mediainfo.az