Erməni mahnısı oynayan Nüsrəti "like" edənlərdən biri də Nura Suri olub - VİDEO

Erməni mahnısı oynayan Nüsrəti "like" edənlərdən biri də Nura Suri olub - VİDEO

13 İyun 2017 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyənin tanınmış milyonçu qəssabı, sosial şəbəkələr fenomeni olmuş Nüsrət İnstaqram hesabında erməni mahnısının sədaları altında rəqs edib. İki gün əvvəl paylaşılan bu videogörüntüdə minlərlə azərbaycanlı izləyicilər Nüsrətə etirazlarını bildiriblər. Kimisi söyüşlə, kimisi təhqirlə, kimisi ağıl və patriotluğu ilə. Lakin bütün bunlara baxmayaraq, Nüsrət hələ də rəqs videosunu silməyib. Görünür, kürd əsilli qəssab paylaşımından son dərəcə məmnundur və videosunun ətrafında gedən siyasi müzakirələrin fərqinə varmır.

Nüsrətin izləyiciləri arasında Azərbaycanın tanınmış simaları az deyil. Qəribəsi budur ki, onlardan bir çoxu da məhz erməni mahnısını oyanayan görüntünü nədənsə bəyəniblər. Müğənni Nura Suri də belələrindəndir. Halbuki, onun valideynləri Qarabağda gedən döyüşlərdə ermənilərlə vuruşan könüllülərdən olublar.

Şəlalə