Özcan Dəniz ata olacaq - toy tezləşdirilir

Özcan Dəniz ata olacaq - toy tezləşdirilir

22 Sentyabr 2017 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rejissor-aktyor Özcan Dəniz ata olacaq.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 45 yaşlı sənətçinin özündən 20 yaş kiçik sevgilisi Feyza Aktan hamilədir. Evlənməyə hazırlaşan cütlük şad xəbəri yaxınları ilə də bölüşüb.

Feyzanın 1 ay yarımlıq hamilə olduğu öyrənilib. Özcanla sevgilisi artıq nikah tarixini tezləşdirmək qərarına gəliblər.