"Bəyəndiyim adamla öpüşmə səhnəsi olanda qaça-qaça gedirdim"

"Bəyəndiyim adamla öpüşmə səhnəsi olanda qaça-qaça gedirdim"

28 Sentyabr 2017 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni-aktrisa Hülya Avşar illər əvvəl çəkilmiş filmlərindəki öpüşmə səhnələri ilə bağlı maraqlı etiraflar edib.

Axşam.az bildirir ki, sənətçi yeni verilişinin çəkilişləri zamanı bunları deyib:

"Bəyəndiyim adamla öpüşmə səhnəsi olanda çəkiliş meydançasına qaça-qaça gedirdim. Çəkilişdən bir gün əvvəl isə ürəyim döyünməyə başlayırdı. Soruşanlara "işimizi görürük" seyirdik, amma yalan idi. Aramıza yastıq-filanda qoymazdıq".

Qeyd edək ki, Hülya Avşarla müğənni İbrahim Tatlısəsin "Mavi mavi" filmindəki öpüşmə səhnəsi 15 dubla çəkilib.