Müğənniyə "ölüm" mesajları yazan ərinin adamları çıxdı

Müğənniyə "ölüm" mesajları yazan ərinin adamları çıxdı

25 Oktyabr 2017 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Gülben Ergenin mobil telefonuna "ölüm" mesajları yazdıqları iddiasıyla iki nəfər saxlanılıb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, saxlanılan M.Emre K.-nın müğənnin keçmiş əri Erhan Çelikin köməkçisinin qardaşı, Harun G.-nin isə sürücüsü olduğu ortaya çıxıb. Prokurorluq istintaq prosesinin miqyasını genişləndirib.

Qeyd edək ki, maqazin dünyası son 1 aydır Gülben Ergen və bir ay öncə ayrıldığı həyat yoldaşı Erhan Çelik arasında yaşananlardan danışır. Gülben Ergen evinin avtoparkında maşınının bıçaqla cızılmasına görə Erhan Çelikdən polisə şikayət etmişdi. Ergen ilə keçmiş əri Çelik məhkəmədən bir-birindən uzaq durmaları haqda qərar almışdılar.