"Seksual görünürüksə, bizimlə yata bilərsiniz demək deyil"

"Seksual görünürüksə, bizimlə yata bilərsiniz demək deyil"

26 Oktyabr 2017 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Aktrisa Keyt Blanşett "İnStyle" mükafatlandırma mərasiminə qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 48 yaşlı aktrisa Los-Ancelesdə keçirilən gecəyə sinə dekolteli libasda yollanıb. Zalda çıxış edən Keyt seksual görünüşlü qadınlardan danışıb:

"Qadınlar seksual görünməyi sevirlər. Amma bu o demək deyil ki, onlar sizinlə seksə hazırdırlar və siz onlarla yata bilərsiniz. Heç kim Stiven Bennona (ABŞ prezidenti Donald Trampın keçmiş məsləhətçisi – red.) demir ki, zibil torbasına oxşayırsan, səni atmaq istəyirəm".