"Ebru kişi olduğumu görəndə şok oldu" - Sərdar Ortaç

"Ebru kişi olduğumu görəndə şok oldu" - Sərdar Ortaç

3 Noyabr 2017 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Sərdar Ortaç uzun illərdir dostluq etdiyi həmkarı Ebru Gündeşlə tanışlığından danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Ebrunun ilk dəfə onun səsini eşidəndə qadın olduğunu zənn etdiyini bildirib:

"Heç vaxt yadımdan çıxmaz. 1993-cü il idi. Radiolardan birində rəhmətlik Kayahandan müsahibə alırdım. Ebru da bizə qulaq asırmış və deyib ki, gedib bu qadını görməliyəm, səsi xoşuma gəldi. Gündeş durub gəlib radioya. İçəri girib mənim kişi olduğumu görəndə şok oldu. Üzündəki ifadə hələ də gözümün qarşısındadır".