Neslihan Bakıda izdihamla qarşılandı - FOTO

Neslihan Bakıda izdihamla qarşılandı - FOTO

7 Noyabr 2017 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktrisa Neslihan Atagül Bakıda "Altın kelebek mükafatları" çərçivəsində keçirilən "Möcüzə gecəsi"nə qatılıb.

Axşam.az-ın məlumatına görə, bu ilk ilk dəfə "Azərbaycanın ən yaxşısı" mükafatı üçün Bakıya gələn aktrisa coşğu ilə qarşılanıb. Tamaşaçıların böyük sevgisi ilə qarşılaşan Neslihan səhnədən hər kəsə təşəkkürünü bildirib:

"Hamınıza bu gözəl gecədə bizimlə olduğunuz və məni də dəvət edərək qürurlandırdığınız üçün təşəkkür edirəm. Azərbaycana addım atdığım gündən isti münasibətlə qarşılandım. Məni görmək üçün bura gələn və dəstək olan hər kəsə çox təşəkkür edirəm. Bu səmimi sevginiz qarşılıqlıdır".

Qeyd edək ki, gecənin aparıcısı Nəsib Nur olub. Səhnəyə 3 namizəd sənətçi – Röya, Miri Yusif və Nigar Camal çıxaraq mahnılarını ifa edib.