"Anamın verdiyi süd burnumdan gəldi" - Rəhim Rəhimli

"Anamın verdiyi süd burnumdan gəldi" - Rəhim Rəhimli

7 Noyabr 2017 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Səhhətimlə bağlı bir çox problem yaşamışam. Başımda problem olub, qolum üç dəfə sınıb, iki dəfə yerindən çıxıb. Bu yay isə ayağımdan zədə aldım".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Günə davam" verilişində deyib.

Sənətçi yeriməkdə çətinlik çəkdiyini söyləyib:

"İndi də onun əziyyətini çəkirəm. İki sümüyün arasına dəmir yerləşdirilib. Yeriməkdə, səhnədə rəqs edəndə problem yaranır. Dəmir çıxandan sonra deyirlər ki, axsama olmayacaq. Bunun əməliyyatı çox uzun çəkdi. 3 ay anamın verdiyi süd burnumdan gəldi. Tərpənmədən eyni formada qaldım".