Tünzalə Ağayeva yenidən  sevməyə başlayıb

Tünzalə Ağayeva yenidən sevməyə başlayıb

5 Fevral 2018 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Tünzalə Ağayevanın şəxsi həyatında dəyişiklik olub. Bu barədə müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində danışıb.

O, Ağayevanın eşqə düşdüyünü bildirib: "Görürük ki, Tünzalə hit arxasıyla hit çıxarır, çalışır. Bu həvəs haradandır? Son vaxtlar ondan başqa şeylər hiss edirəm. İnstaqramda statuslar filan... Havada eşq qoxusu var".

Qeyd edək ki, müğənni "Simurq" telekompaniyasının ( Türkel TV) eks- rəhbəri Rəhman Əliyevlə ailəli olub. Cütlüyün Fidan adlı bir qızı var.

Qafqazinfo