Sabancı ilə Hadisə yenidən sevişirlər - Video

Sabancı ilə Hadisə yenidən sevişirlər - Video

6 Fevral 2018 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli pop ulduz Hadisə ilə məşhur iş adamı Hakan Sabancı yenidən sevgili olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Duymayan kalmasın" proqramında məlumat verilib.

İddia olunub ki, cütlük bir neçə gün bundan əvvəl Fransaya istirahətə yollanıb. Lakin Hadisə "O səs Türkiyə" yarışmasının çəkilişləri üçün İstanbula qayıtmağa məcbur olub.

Bundan əlavə, onların Parisin tanınmış klublarının birində rəqs edərkən çəkilən görüntüləri yayılıb.

Qeyd edək ki, iki tanınmış şəxsin münasibəti barədə 2016-ci ilin sonlarında xəbər çıxmış, amma Hadisə və Hakan yayılan xəbərləri təkizb etmişdi.