Məşhur aktrisa baş aşpaza ərə getdi

Məşhur aktrisa baş aşpaza ərə getdi

19 Fevral 2018 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur amerikalı komediya aktrisası, 36 yaşlı ssenarist Emi Şumer 3 aydır birlikdə olduğu 37 yaşlı sevgilisi Kris Fişerə ərə gedib.

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, toy mərasimi Malibuda, cütlüyün kirayələdiyi evdə keçirilib.

Mərasimdə Cenifer Lourens, Cenifer Eniston, Ceyk Cillenhol da olmaqla 80 qonaq iştirak edib.

Qeyd olunur ki, K. Fişer Nyu-Yorkda "Beach Plum" restoranının sahibi, baş aşpaz və kulinariya kitabının müəllifidir.