“Eurovision-2020” mahnı müsabiqəsinin loqotipi təqdim edilib

“Eurovision-2020” mahnı müsabiqəsinin loqotipi təqdim edilib

28 Noyabr 2019 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Yayım Şurası gələn il mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci beynəlxalq “Eurovision-2020” mahnı müsabiqəsinin loqotipini təqdim edib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, loqotip 41 ölkənin müsabiqədə ilk iştirak ardıcıllığı ilə düzülmüş bayrağının əks olunduğu dairədən ibarətdir.

“Bu qərar holland dizaynına xarakterikdir: loqotip minimalistik, eksperimental və innovasiondur. Onun öz tarixi var, o, rəngarəng və dəbdəbəlidir. Tale elə gətirib ki, müsabiqədə ilk dəfə 1956-cı ildə Niderland nümayəndələri çıxış edib, bu səbəbdən ən öndə holland bayrağının rəngləri gəlir”, - deyə “Eurovision-2020” müsabiqəsinin icraçı prodüseri Sitse Bakker bildirib.

Qeyd edək ki, “Eurovision-2020” mahnı müsabiqəsi “Open Up” (“Açıl”) şüarı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az