Azərbaycan Millətlər Liqasını biabırçı məğlubiyyətlə başa vurdu

Azərbaycan Millətlər Liqasını biabırçı məğlubiyyətlə başa vurdu

20 Noyabr 11:43
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının C1 qrupunda final oyununu səfərdə İsveç yığması ilə keçirib.

Azərbaycan yığması İsveçdə 0:6 hesabı ilə məğlub olub.

Azərbaycan futbolunun daha bir biabırçı səhifəsi İsveçin Solna şəhərindəki “Strawberry Arena” stadionunda meydanda yalnız bir komanda çıxış edib – yerli komanda.

Sadəcə olaraq, bu matçla bağlı konkret heç nə demək olmaz. "Milli" oynamadı. Yenə qonaqlar sadəcə yumruq torbası idi. Komandamız sözün əsl mənasında alçaldıldı, C divizionunda onun yeri olmadığıv göstərildi. Və belə “performansı” ilə komandamız özü aşağı diviziona aid olduğunu hamıya sübut etdi. Son illərdə bir çox uğursuz və pis, bəziləri hətta iyrənc matçlar gördük. Amma indiki oyun onların hamısını ən pis cəhətdən üstələyib.

Altı cavabsız qol buraxan yığmamızın yeganə sevindirici cəhəti odur ki, isveçlilər ikirəqəmli qol vurmayıblar. Qapıya 34 zərbəni nəzərə alsaq, 14-ü hədəfə yönəldilib. Amma bəzi məqamlarda öz süstlükləri, bəzilərində isə Rza Cəfərovun uğurlu oyunu (o cümlədən xilas edilmiş penalti) qonaqları maksimum biabırçılıqdan xilas etdi.

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş yığmamızın Stokholmda darmadağın edilməsini belə şərh edib:- “İndiyə qədər deyirdim ki, biz düzgün yoldayıq. Amma bugünkü oyundan sonra bunu deyə bilmərəm. "Bütün məsuliyyət mənimdir, həm oyun strategiyası, həm də oyunçu seçimi”.

Xatırladaq ki, azərbaycanlı futbolçuların keçirdiyi bu dəhşətli oyundan sonra komandamız rəsmi olaraq “C” liqasından ən zəif “D” liqasına düşüb və burada onu Andorra, Lixtenşteyn və bu kimi komandalar müşayiət edəcək.

Almaz Həsənli