“Qarabağ” İsveçdə “Elfsborq”a məğlub oldu

“Qarabağ” İsveçdə “Elfsborq”a məğlub oldu

13 Dekabr 10:31
Bəyəndim (1) Bəyənmədim (0)

“Qarabağ” cari Avropa Liqasında daha bir acı oyun keçirib.Dünən, UEFA Avropa Liqasının ümumi mərhələsinin altınci turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu İsveçdə “Elfsborq” klubu ilə qarşılaşıb.

“Qarabağ” cari Avropa Liqasında 5-ci məğlubiyyətini alıb. Əvvəlki 5 görüşdə üç xal toplayan “Qarabağ” İsveç klubu ilə görüşdə azarkeşlərini sevindirə bilməyib. "Elfsborq" 1:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələri ikinci hissənin başlanğıcında uğursuz çıxış etsələr də, artıq qələbə qazana bilməyiblər.

Avropa Liqasının əsas mərhələsinin başa çatmasına iki tur qalmış “Qarabağ” 3 xalla 33-cü pillədə qərarlaşıb. Bu gün “Elfsborq”a məğlubiyyət (0:1) Azərbaycan çempionunu daha bir addım geri itələdi.

"Qarabağ"ın 6 turdan sonra 3 xalı var. Növbəti oyununu Bakıda, yanvarın 23-də keçirəcək “Qarabağ” Rumıniyanın FCSB klubu ila üz-üzə gələcək.

Məğlubiyyətə baxmayaraq, ağdamlıların play-offa düşmək şansı var. Təbii ki, indi hər şey onların qalan iki qarşılaşmada hansı nəticə əldə edə biləcəyindən deyil, həm də play-off zonasının axırında duran komandaların məğlub olub-olmamasından asılıdır. Yenə də “köhlən”lərin çıxış etdiyi növbəti matça baxanda onların orada olacqlarına inam yoxdur. Çünki “Qarabağ”ın oyunu bu Avropa mövsümündə ciddi reqressiyaya məruz qalıb.

Almaz Həsənli