Qukeş  Dommaraju şahmat üzrə yeni dünya çempionu oldu

Qukeş  Dommaraju şahmat üzrə yeni dünya çempionu oldu

13 Dekabr 13:34
Bəyəndim (1) Bəyənmədim (0)


18 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaraju şahmat üzrə dünya çempionu olub. Şahmat tacı uğrunda görüşdə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.
Matçın final oyunu cümə axşamı, dekabrın 12-də Sinqapurda baş tutub. Hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra tarixdə şahmat üzrə ikinci hindistanlı dünya çempionu oldu.
Qukeş Dommaraju 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixində ən gənc dünya çempionu olub. Dommaraju 1985-ci ildə 22 yaşında tac uğrunda görüşdə qalib gələn 13-cü dünya çempionu Qarri Kasparovun rekordunu qırıb. Final matçının ümumi mükafat fondu 2,5 milyon dollar təşkil edib. Hər bir iştirakçı qalib gəldiyi hər oyuna görə 200 min dollar alacaq.
Keçmiş çempion, hələ də dünyanın bir nömrəsi olan Maqnus Karlsen titulunu qorumaqdan imtina etdikdən sonra Dinq Liren ötən il rusiyalı Yan Nepomnyaşını məğlub edərək dünya çempionu olmuşdu.
Almaz Həsənli