Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə qatılmaqdan imtina etdi

Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə qatılmaqdan imtina etdi

5 Yanvar 14:00
Bəyəndim (1) Bəyənmədim (0)


"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən Azadlıq medalı ilə təltifedilmə mərasiminə qatılmaqdan imtina edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Messi işinin çoxluğu səbəbindən Ağ Evdə keçirilən rəsmi tədbirə gələ bilməyib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-da Messi də daxil olmaqla 19 nəfər Prezident Azadlıq medalı ilə təltif olunacaq. Mükafatla "Birləşmiş Ştatların tərəqqisinə, dəyərlərinə və ya təhlükəsizliyinə, dünya sülhünə töhfələr verən" və ya digər əhəmiyyətli səylər və təşəbbüslər göstərən şəxslər təltif edilir. Prezidentin Azadlıq Medalı ABŞ-da ən yüksək mülki mükafatdır.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.
Almaz Həsənli