Doğuşdan kar olan keçmiş UFC döyüşçüsü qəfildən eşitmə qabiliyyətini bərpa edib
Oxuməni.az xəbər verir ki, 48 yaşlı keçmiş UFC döyüşçüsü Mett Hemill sosial şəbəkələrdə öz abunəçiləri ilə şad xəbər paylaşdığı yazı dərc edib.
İdmançının sözlərinə görə, bu yaxınlarda o, yeni eşitmə aparatları alıb.
"Mən indiyə qədər ən güclü rəqəmsal eşitmə cihazlarını əldə etdim. 40 ildən sonra ilk dəfə olaraq ayaq səslərini, insanların güldüyünü və uşaqlarımın səsini eşidirəm. Nəhayət, anamın səsini eşitdim və o, ağlayırdı. Mən Qardaşım Petın səsini eşitmək üçün səbirsizlənirəm, ümid edirəm ki, bu, heyrətamizdir, baxmayaraq ki, hər şeyə alışmaq üçün mənə bir az vaxt lazım olacaq”, - Hemill sosial şəbəkədə yazıb.
Yada salaq ki, 2009-cu il dekabrın 5-də Hemill özünün ən yaddaqalan döyüşündə o vaxtın UFC ağır çəki çempionu Con Consu məğlub etmişdi. Conun qeyri-qanuni dirsək vurması nəticəsində Mett qalib gəlmişdi.
Almaz Həsənli