İlon Mask “Liverpool”u almaq istəyir
Amerikalı sahibkar İlon Maskın atası Errol Mask İngiltərə “Liverpool”unun sahibi olmaq istədiyini bildirib.
2022-ci ilin noyabrında “Fenway Sports Group”-un (FSG) “Liverpool”-u sata biləcəyi bildirildi, lakin 2023-cü ilin fevralında FSG-nin sahibi Con Henri bu ehtimalı istisna etdi.
- İlon“Liverpool”-u almaq istəyirdi?
- Bu barədə şərh verə bilmərəm. Qiyməti qaldıracaqlar (gülür).
Təbii ki, onu almaq istərdi. Hər kəs bunu istər - mən də istərdim! Onun nənəsi Liverpulda anadan olub, bizim Liverpulda qohumlarımız var idi və bizim bir çox “Beatles”-ı tanımaq şansımız oldu, çünki onlar mənim ailəmin bir hissəsi ilə böyüdülər. Deməli, biz Liverpulla bağlıyıq”, – deyə “Daily Mail” “Times Radio”-ya istinadən Errol Maskın sözlərindən sitat gətirib.
“Liverpool”19 qat İngiltərə çempionu, 8 dəfə İngiltərə Kubokunun qalibi və altı dəfə Avropa Kuboku/Çempionlar Liqasının qalibidir.
Klub hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”-a məxsusdur və onun ən böyük aktividir. 2023-cü ilin payızında başqa bir Amerika şirkəti “Dynasty Equity” “Liverpool”un minoritar aksiyasını (azlıq payı) aldı – “The Guardian”-ın məlumatına görə, sövdələşmənin dəyəri 100-200 milyon dollar arasındadır. Komandaya borclarını ödəmək üçün vəsait lazım idi.
Almaz Həsənli