
Minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionu oldu
Bakıda 32 komandanın iştirak etdiyi minifutbol üzrə dünya çempionatı başa çatıb.
Finalda Azərbaycan futbolçuları Macarıstanı 4:2 hesabı ilə məğlub ediblər.
Bununla da komandamız Avropa Çempionları-2022 tituluna dünya çempionu adını da əlavə edib.
Üçüncü yer uğrunda görüşdə Serbiya Monteneqroya qalib gəlib (3:0).
Bundan əvvəl ABŞ (2015), Çexiya (2017), Meksika (2019) və Rumıniya (2023) minifutbol üzrə dünya çempionatının qalibi olub.
Beləliklə, mini-futbol üzrə Azərbaycan milli komandası ölkə tarixində ilk dəfə topla komanda idman növləri üzrə dünya çempionu adını qazanıb.
Almaz Həsənli
Digər xəbərlər