
Messi Azərbaycanı minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib
Amerikanın “İnter Mayami” klubunu təmsil edən əfsanəvi futbolçu Lionel Messi Azərbaycan millisini minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.
Oxuməni.az xəbər verir ki,təbrikləri sosial şəbəkələrdə sahibkar Adnan Əhmədzadə dərc edib. Messi qısa video çəkərək Əhmədzadəni və Azərbaycan xalqını ölkənin tarixində ilk futbol zəfəri münasibətilə təbrik edib.
Xatırladaq ki, Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final oyununda Macarıstan millisi üzərində tarixi qələbə qazanaraq (4:2) dünya çempionatının qızıl medalını qazanıb.
Almaz Həsənli
Digər xəbərlər